Bu gün səhər saatlarında Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub. Bu gün səhər saatlarında Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub.

Türkiyə yenidən Suriya ərazisindən atəşə tutuldu - 6 yaralı

Bu gün səhər saatlarında Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub.


Bu gün saat 10:40 radələrində Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün ciddi təhlükə yoxdur. Türkiyə ordusu Qumbaraatan mərmisinin atıldığı Suriyanın Bab bölgəsinə artilleriya zərbəsi endirib.

Qeyd edək ki, yanvar ayından indiyə qədər Suriyada İŞİD-in nəzarətində olan Bab bölgəsindən Türkiyəyə atılan raketlər və artilleriya mərmiləri nəticəsində 5-i suriyalı olmaqla, 15 nəfər həyatını itirib.


APA