- Köhnə - Region
- 25 Aprel 2016 17:38
- 10 574
7 kəndə gedən yol bağlandı – Foto + Video
Ötən gün yağışın yağmasindan sonra quba Xınalıq-İspig yolunun 20-ci km-dən, düz 45-ci km-nə kimi yollar həddindən artıq təhlükəlidir.
Hər gün yollarda təhlükəli anlar yaşanır. Bəzi sürücülərin avtomobilin dam hissələrinə daşlar dəydiyini bildirirlər. Bəzi sürücülər buna görə mənzil başına getməmiş geri qayıdıblar.
Sürücülər Bildirirlər ki, bu gün yolda düz 2-3 saat gözləyiblər ki, yol açılsın. Quba 6 Saylı Yol İstismar İdarəsinin (Yİİ) 1 Texnikası yola səfərbər olunaraq yolu təmizləməyə müvəffəq olublar. Qırmızı işqın deyilən massivdən qopan qaya parçaları düz 2 saatdan çoxdur ki, yola tökülüb. Dərhal texnikalar göndərilərək yol təmizlənib.
Yol üzrə sahə rəisi Bilal Sultanov bildirib ki, yol həddindən artıq təhlükəlidir.
Qubanın Zeyid kənd sakini sürücü İlqar Mustafayev bildirir ki, UAZ markalı avtomobili ilə yol bağlı olduğuna 2 saatdan çoxdur yolu gedə bilmir. "Yol idarəsinə zəng vurduqdan sonra əraziyə texnika göndərilib və yolu açıblar." deyib. Xatırladaq ki, bu yoldan Buduq, Zeyid, Cek, Əlik, Haput, Bostankeş və Xınalıq kəndləri istifadə edir.
Onuda əlavə edək ki, yolçulardan xahiş olunur ki, xəbərdarliqlara əməl edərək təhlükəsizliklərini təmin etsinlər.
Kanalef.com