Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər. Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Xarici jurnalistlər yaralanan dinc sakinlərə baş çəkdilər - Fotolar

Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.


Diaqnostika Mərkəzində jurnalistlər ermənilərin Ağdam rayonunun Çəmənli kəndini atəşə tutması nəticəsində yaralanan kənd sakinləri - Abdullayev Anar Nizami oğlu, Rəhimov Zahid Vəliş oğlu və Elgiz Qarayevlə görüşüblər.

Mərkəzin həkimi Eldar Əhmədov bildirib ki, yaralıların vəziyyəti stabildir, həyatları üçün təhlükə yoxdur.



Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkədə akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri (ümumilikdə 45 media nümayəndəsi) XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiəti ilə Bərdə rayonuna gediblər.

Burada isə media nümayəndələri Ağdam və Ağcabədi rayonlarına yol düşəcəklər. Jurnalistlər orada ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağıdılan, yanan evlərə baxış keçirəcəklər.

Cəbhə bölgəsində yola düşən xarici media nümayəndələri arasında BBC, "Reuters", "Blooberg", "Franse-Press", "RİA Novosti", "Anadolu", İHA, "Rossiya 24" kanalının əməkdaşları, israilli media eksperti Arye Qut və s. var. Moldovanın keçmiş ombudsmanı Aurelia Qriqoriu da heyətdə təmsil olunub.

APA.az