İran Hörmüz keçidi üçün yeni qaydalar açıqladı: “İcazəsiz keçid qanunsuz sayılacaq”

İran, Hörmüz boğazından keçən bütün gəmilərin yeni yaradılmış Fars Körfəzi Boğaz İdarəsi (PGSA) ilə tam koordinasiyada hərəkət etməli olduğunu açıqlayıb. Tehran bildirib ki, müəyyən edilmiş marşrut üzrə icazəsiz keçid qanunsuz hesab ediləcək.

Bu bəyanat İranın strateji boğazda dəniz hərəkətini idarə edən “rəsmi qurum” kimi təqdim etdiyi PGSA-nın yeni açılmış X hesabında yayımlanan ilk paylaşımlarda yer alıb.

Fars və ingilis dillərində yayımlanan mesajlarda qurumun fəaliyyətə başladığı və məqsədin Hörmüz boğazındakı fəaliyyətlərlə bağlı məlumat vermək olduğu bildirilib.

Mövsüm,

AzNews.az