“Bu yam-yaşıl bərəkətli torpaqlarda yaşayan insanların da dünyanın digər bölgələrində yaşayan insanlar kimi öz torpaqlarında hüzur içində yaşamaq haqqı var”. “Bu yam-yaşıl bərəkətli torpaqlarda yaşayan insanların da dünyanın digər bölgələrində yaşayan insanlar kimi öz torpaqlarında hüzur içində yaşamaq haqqı var”.

“Türkiyəli səfir tərtərdə - Video”

“Bu yam-yaşıl bərəkətli torpaqlarda yaşayan insanların da dünyanın digər bölgələrində yaşayan insanlar kimi öz torpaqlarında hüzur içində yaşamaq haqqı var”.


Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun bu gün 80 ölkənin Azərbaycandakı nümayəndə heyətlərinin, səfirlərinin cəbhə bölgəsinə etdiyi səfəri zamanı bildirib.

Türkiyəli səfir ermənilərin son zamanlar atəşkəsi pozaraq Azərbaycanın cəbhəyanı kəndlərində yaşayan mülki əhalini atəşə tutuması nəticəsində dağılan evlərlə tanış olub və sakinlərlə söhbət edib.

Gördüyü mənzərə qarşısında təəssüf hissi keçirən Alper Coşkun yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının vacibliyini qeyd edib. Alper Coşqun diplomatların hər şeyi öz gözləri ilə görmələrinin mühim olduğunu bildirib.

" Bu insanların yaşam haqlarına nə kimi bir təcavüz edildiyini öz gözlərimizlə gördük. Bu işğal vəziyyətinin tezliklə sona çatdırılmasını, Azərbaycan torpaqlarının bu ölkənin ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda geri qaytarılmasını istəyirik"-deyə Alper Coşkun cəbhə bölgəsinə səfəri zamanı bildirib.


Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun cəbhə bölgəsində

Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri cəbhənin Tərtər istiqamətinə səfər edib. Nümayəndə heyətində Türkiyə, Rumıniya, Rusiya, Pakistan, İtaliya, Norveç, Əfqanıstan, Fələstin, İspaniya səfirləri, ABŞ, Böyük Britaniya səfirliklərinin hərbi attaşeləri, Fransa səfirinin müavini olub.


Alper Coşkunun cəbhə bölgəsində evi dağılan ailə ilə görüşü

Diplomatlara cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verilib.

80 ölkənin diplomatları səfər çərçivəsində əhalinin dağılmış evlərinə baxış keçiriblər. Səfərin məqsədi aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır.



Anspress.com