Türkiyənin keçmiş prezidenti Abdulla Gül ölkədə başlanmış hərbi qiyam cəhdi ilə bağlı açıqlama verib. Türkiyənin keçmiş prezidenti Abdulla Gül ölkədə başlanmış hərbi qiyam cəhdi ilə bağlı açıqlama verib.

Türkiyə müxalifətindən hərbi çevriliş cəhdinə - Münasibət

Türkiyənin keçmiş prezidenti Abdulla Gül ölkədə başlanmış hərbi qiyam cəhdi ilə bağlı açıqlama verib.


O, Türkiyənin hansısa bir Latın Amerikası ölkəsi olmadığını bildirib: "Türkiyədə bu şəkildə bir qrupun gecə basqını ilə hakimiyyət dəyişdirməsi mümkün deyil. Bu gün bütün vətəndaşlarımız fikri-zikri, inancı nə olursa-olsun, bütün bunları bir yana buraxıb, demokratiyaya və milli iradəyə sahib çıxma günüdür. Küçələrə çıxan bir qism hərbçilərə də demək istəyirəm ki, onlara verilən əmr qanuni deyil. Bu səhvdən geri dönün. Bu olay əsla unudulmaz. Yanlış içərisində olanlar bu yanlışlarından vaz keçsinlər. Millətlə qarşı-qarşıya gəlməsinlər. Türkiyə xaosla üzləşməsin".

Türkiyə müxalifətinin liderləri ölkədə baş verən hərbi qiyam cəhdi ilə bağlı ilk açıqlamalarını yayıblar.

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu "Bu ölkə qiyamlardan çox zərbə alıb. Bunun təkrarlanmasını istəmirik. Demokratiyamıza sahib çıxırıq" - deyib.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı isə Baş nazir Binəli Yıldırımı telefonla arayaraq, qiyamın qəbuledilməz olduğunu və Türkiyə hökumətinin yanında olduqlarını bildirib.


Apa.az