- Köhnə - Region
- 22 İyul 2016 22:48
- 11 099
Qiyamçı polkovnik polislərdən gizlənmək üçün dolabda gizləndi - Türkiyədə
Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən polkovnik Muammer A. onu tutmaq istəyən polislərdən dolabda gizlənməklə canını qurtarmaq istəyib.
O, Antalya polis idarəsinin terrorizmlə mübarizə bölməsinin əməkdaşlarından qohumunun evində gizlənib.
İyulun 15-də axşam saatlarında Türkiyədə hərbi çevrilişə cəhd edilib. Bundan sonra 7,5 min nəfərin, o cümlədən 103 general və admiralın həbs edildiyi xəbəri yayılıb.
Araşdırma zamanı 426 hakim və prokurorun saxlanıldığı saxlanıldığı bildirilir. Bundan əlavə, Türkiyə polisinin 7850 əməkdaşının işdən çıxarıldığı məlum olub. Dövlət çevrilişinə cəhdlə bağlı 9,3 min nəfərə qarşı araşdırma aparıldığı vurğulanır.
Modern.az