Yerevanda post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra Ermənistanın "İrs" müxalifət partiyası ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə çıxış edib. Yerevanda post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra Ermənistanın "İrs" müxalifət partiyası ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə çıxış edib.

Müxalifət erməniləri küçələrə çağırır

Yerevanda post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra Ermənistanın "İrs" müxalifət partiyası ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə çıxış edib.


Müxalifət, həmçinin beynəlxalq ictimaiyyəti hakimiyyət tərəfindən insan hüquqlarının kütləvi pozulması hallarına reaksiya verməyə çağırıb.

"Biz bu ilin dekabr ayında növbədənkənar prezident və parlament seçkiləri hazırlayıb keçirəcək müvəqqəti hökumət yaratmağı tələb edirik. Vətəndaşlarımızı küçələrə çıxıb qanunsuz hakimiyyətə qarşı mitinqlərdə iştirak etməyə çağırırıq", - partiyanın bəyanatında deyilir.

Qeyd edək ki, növbəti etiraz aksiyası bu gün Yerevandakı Azadlıq meydanında yerli vaxtla saat 20:00-a planlaşdırılıb.


Modern.az