Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 19 avqustda Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 19 avqustda Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.

Ağdam və Tərtərdə top mərmiləri aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 19 avqustda Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.


Hesabatda bildirilib ki, Ağdam rayonu, Mahrızlı kəndində 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb.

Cəmi1 əkin sahəsi, 3 partlayış yeri, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 6 500 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonu, Həsənqaya kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 500 kv.m ərazi yoxlanılıb.

Cəmi 1 otlaq sahəsi, 3 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 7 500 kv.m ərazi yoxlanılıb.

19 avqustda 1 əkin sahəsi və 1 otlaq sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 14 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 19 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib.

Nəticədə 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Azpolitika.info