- Köhnə - Region
- 14 Sentyabr 2016 14:48
- 12 118
FETÖ nağıllara da sızıbmış - Fotofakt
Türkiyədə Fətullahçı terror qruplaşmasına (FETÖ) qarşı aparılan istintaq çərçivəsində həbs olunan polis əməkdaşı A.S.-nin evində aparılan axtarış zamanı dialoqları dəyişdirilən uşaq nağılı aşkarlanıb.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, aparılan istintaq zamanı qruplaşmanın "uşaq beyinləri"ni nağılla ələ keçirməyə çalışdığı məlum olub. A.S.-nin evində evində aparılan axtarış zamanı ağac və uşaqdan bəhs edən nağılın yer aldığı kitabça tapılıb. Orijinalından fərqli olan nağıla qruplaşmanın təbliğatına yönəlik sözlərin əlavə olunduğu məlum olub. Nağılda uşaqlara "təşkilatın evlərində gecə qalmaq, universitet tələbələrinə təqaüd verilməsi, "Sızıntı" jurnalına abunə olmaq, söhbətlərə qatılmaq və ölkə xaricində təşkilat adına məktəblər açılması" tövsiyə olunur.
Nağılın yer aldığı kitabçanın söhbətlərə qatılan valideynlərə paylanıldığı öyrənilib.
Aydan AXUNDOVA



