- Köhnə - Region
- 15 Sentyabr 2016 16:31
- 10 965
Ermənistanın yeni Baş prokuroru - Foto
Ermənistanın yeni Baş prokuroru məlum olub.
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Milli Məclisdə gizli səsvermənin nəticələrinə əsasən yeni Baş prokuror Artur Davtyan olub. Məlumata görə, səsvermədə 103 parlamentari iştirak edib. 2 büllüten "etibarsız" hesab olunub. Parlamentarilərdən 97-si Davtyanın lehinə, 3-ü isə əleyhinə səs verib.
Xatırladaq ki, ölkənin keçmiş Baş prokuroru Qevork Kostanyan avqustun 4-də istefa verib.
Aydan AXUNDOVA