- Köhnə - Region
- 23 Sentyabr 2016 16:33
- 10 213
“Bir-birinin yerində gözü olanlar xəbərçilik edir” - Baş nazir
Türkiyənin Baş naziri Binəli Yıldırım FETÖ ilə mübarizə məsələləriylə bağlı maraqlı açıqlamalar verib.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Baş nazir bəzi məlumatların əsassız olduğunu deyib: "Anonim zənglər olur. Bir-birinin yerində gözü olanlar şəxsiyyətini gizlədərək yoldaşları haqda xəbərçilik edir. Bu isə anlaşılmazlıq yaradır. Anonum ötürülən məlumatlar araşdırılacaq. FETÖ bəlası da başımıza belə gəlib. Ona görə ciddi əsasları olan xəbərləri dəyərləndirəcəyik".
AzNews.az