“İnsanlar demokratik şəkildə səsvermədə iştirak edirlər”

Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendumla əlaqədar 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 2 saylı şəhər seçki məntəqəsində səsvermə prosesi şəffaf keçirilir. Məntəqədə heç bir qayda pozuntusu ilə qarşılaşmamışıq.


Bu sözləri Astara rayonunda "exit-poll" keçirən Rəy Monitorinq Mərkəzinin nümayəndəsi Vüsalə Məcidzadə deyib.

O bildirib ki, seçki məntəqəsində seçicilərin fəallığı, yüksək əhval-ruhiyyə hiss olunur. İnsanlar səhər tezdən məntəqəyə gələrək azad, demokratik şəkildə ümumxalq səsverməsində iştirak edirlər.

Azərtac