- Köhnə - Region
- 5 Dekabr 2012 10:32
- 1 572
Müxalifət lideri təcavüzdə ittiham edilərək həbs olundu

AzNews.az "K-News"ə istinadən xəbər verir ki, hazırda Bişkekdəki istintaq təcridxanasında saxlanılan Motuyev 21 yaşlı paytaxt sakininin şikayəti əsasında saxlanılıb.
Qadının sözlərinə görə, Motuyevlə bir müddət əvvəl tanış olub. Müxalifətçi onunla evlənməyi vəd etsə də, sonradan vədinə əməl etməyib. Şikayətçi ərizəsində Motuyevin onu evinə dəvət edərək zorladığını bildirib.
Müxalifət təmsilçisi haqqında cinayət işi başlanılıb. Lakin Motuyev ifadə verməkdən imtina edib.
Elnarə Əlosmanqızı
AzNews.az