ABŞ Ermənistandakı seçkilərin nəticələrini tanıyır

ABŞ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı ilkin rəyini dəstəkləyir. APA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland deyib.

O bildirib ki, ilkin rəyə əsasən seçkilər yaxşı təşkil olunub və təməl azadlıqlara, o cümlədən sərbəst toplaşma və söz azadlığına hörmət şəraitində keçib. Bütün namizədlərə sərbəst efir vaxtı verilib, KİV kampaniyanı balanslaşdırılmış şəkildə işıqlandırıb.

Bununla yanaşı, V. Nuland qeyd edib ki, müşahidəçilər dövlət məmurlarının tərəfsiz olmaması və inzibati resurslardan sui-istifadə hallarından narahatlıqlarını ifadə ediblər: "Prosesə qeyri-qanuni müdaxilə və bir neçə ciddi pozuntu halları olub ki, bunların da araşdırılması lazımdır".

AzNews.az