İsrail rejiminin Türkiyədən üzr istəməsi Türkiyəni enerji sahəsində lider dövlətə çevirə bilər. İsrail rejiminin Türkiyədən üzr istəməsi Türkiyəni enerji sahəsində lider dövlətə çevirə bilər.

İsrailin üzrü Türkiyəyə çox şey qazandıra bilər

İsrail rejiminin Türkiyədən üzr istəməsi Türkiyəni enerji sahəsində lider dövlətə çevirə bilər.



Beynəlxalq Enerji Agentliyinin baş iqtisadçısı Fateh Birol açıqlamasında deyib ki, İsrail rejiminin Türkiyədən üzr istəməsi ilə bu iki ölkə arasındakı münasibətlər normallaşıb. Fateh Birol deyib: "Münasibətlərin normallaşması Türkiyə üçün əlverişli imkanlar yaradır. Bilirsiniz ki, Bakı-Tiflis-Ceyhan neft kəməri ilə Xəzər dənizinin nefti Türkiyəyə gəlir, həmçinin İraqdan neft kəmərlərinin, xüsusilə də Şimali İraqdan qaz kəmərlərinin Türkiyəyə çəkilməsi Türkiyəni mühüm enerji mərkəzinə çevirəcək. Buraya İsraildən çəkiləcək neft və qaz xətlərini də əlavə etsək, o zaman Türkiyənin dünyada enerji lideri olacağını deyə bilərik. İsrailin üzr istəməsi Türkiyənin enerji lideri olması üçün şanslar yaratmışdır. İsrail neft və qazı Türkiyə üzərindən beynəlxalq bazara çıxarmaqla özü də qazanacaq. Çünki bu İsrailə daha ucuz başa gələcək. Bu həm İsrail, həm Türkiyə, həm də bu qazı alacaq ölkə üçün çox əlverişlidir",-deyə Birol bildirib.

Xəzər bölgəsindən, Şimali İraqdan və İsrail rejimindən gələ biləcək olan təbii qaz və neftlə birlikdə Türkiyənin yalnız iqtisadi baxımdan deyil, geopolitik olaraq da əhəmiyyətinin ciddi şəkildə artacağını deyən Birol, Kipr ətrafında olan neft və qaz mənbələri məsələsinə toxunub: "Kipr ətrafında neft və qaz mənbələrinin olduğu məlumdur. Lakin Türkiyə ilə İsrail arasında yaşanmış xoşagəlməz hadisələr adı çəkilən bölgədə neft-qaz axtarışlarını əngəlləyirdi. Lakin bundan sonra belə bir problem yoxdur"

Maraqlıdır ki, Obamanın Yaxın Şərqə son səfəri ilə bərabər İsrail rejiminin Türkiyədən üzr istəməsi və PKK-nın silahı yerə qoyaraq sülh elan etməsi eyni zamana təsadüf etdi. Hazırda isə Türkiyənin iqtisadi baxımdan şirnikləşdirilməsi prosesinə başlanılıb. Görsənən budur ki, Türkiyənin Suriya məsələlərində ABŞ və İsrail rejiminin sözünə qulaq asması, böyük qardaşları qane etməkdədir. Mükafat olaraq isə Türkiyəyə qarşı bu addımlar atılmaqdadır.

AzNews.az