“Bu torpaqlar Gürcüstanın olduğu kimi onların da torpaqlarıdır“

AzNews.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Gürcüstanda səfərdədir. Nazir səfər zamanı Azərbaycan və Gürcüstanın xarici işlər nazirinin də iştirak etdiyi mətbuat konfransında iştirak edib. Davudoğlu konfransda Axıska türkləri ilə bağlı açıqlamalar verib. O, Axıska türklərinin keçmişdə Gürcüstan vətəndaşları olduqlarını xatırladıb. Davudoğlu qeyd edib ki, həmin insanlar sosialist rejim tərəfindən vətənlərindən çıxarılıblar.
"Bu torpaqlar Gürcüstanın olduğu kimi onların da torpaqlarıdır. Həmin insanların Gürcüstanda yenidən yerləşdirilməsi üçün Gürcüstan höküməti ilə müzakirələr aparılır. Türkiyə bunun həyata keçməsi arzusundadır. Bu siyasi bir məsələ deyil, insani bir məsələdir. Türkiyə dövləti həmin insanların yurdlarına yenidən yerləşdirilməsi üçün əlindən gələn köməkliyi etməyə hazırdır"-, deyə nazir bildirib.


Telman
AzNews.az