MTN maşınları hərraca çıxarılır - Ermənistanda

Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTN) 49 avtomobilini satışa çıxarır.

Lent.az-ın Ermənistan KİV-ə istinadən məlumatına görə, layihə dövlət büdcəsi idarəsi tərəfindən hazırlanıb və hökumətin iyulun 4-də keçiriləcək toplantısının gündəliyinə daxil edilib.

Məlumata əsasən, maşınların hamısı Rusiya istehsalıdır: "QAZ", "VAZ", "UAZ", "KAMAZ" və "PAZ".Onların çoxu 1999 - 2002-ci illərin istehsalıdır. Avtomobillər klassik hərrac yolu ilə satılacaq. Hazırda Ermənistanda "QAZ" və "VAZ"

1,9- 2 milyon dram(bir dram 410 dollardır), 5 min manata yaxındır, "UAZ" 3,5 – 4 milyon dram, 10 min manat, "KAMAZ" 3, 3 milyon dramdır.

Avtomobillərin birlikdə qiyməti 125,5 milyon dramdır.

AzNews.az