- Köhnə - Region
- 17 İyul 2013 10:12
- 5 041
Rusiya vətəndaşı Türkiyədə öldü

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 62 yaşlı turist Anatoliy Verejemskiyin ürəktutması hovuza girərkən baş verib. Günorta saat 12 radələrində isti havada bir qədər sərinlənmək istəyən Anatoliy hovuza girib. Bu zaman özünü pis hiss edib. O, özü quruya çıxa bilib, lakin dərhal yerə yıxılıb.
Turist dərhal yaxınlıqdakı xəstəxanalardan birinə gətirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
AzNews.az