Sevastopolun mərkəzinə minlərlə adam toplaşdı


Rusiya ilə Ukrayna birgə parad keçirirlər


Sevastopolun mərkəzinə minlərlə adam toplaşıb. Sevastopol buxtasının cənubunda dəniz paradını 30 min nəfər izləyir. Onların sayı getdikcə artır.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Rusiyanın Hərbi Dəniz Qüvvələri Günü və Ukrayna Donanması Günü şərəfinə keçirilən parad artıq başlayıb. Rusiyanın Qara dəniz donanmasının vitse-admiralı Aleksandr Vitko və Ukrayna HDQ komandanı vitse-admiral Yuri İlyin bir katerdə gəmilərin parad düzülüşünü yoxlayaraq dənizçiləri salamlayıblar.

Bu günlərdə Krımda güclü yağış yağıb, fövqəladə hallar xidmətinin regional bölməsi bazar gününə fırtına xəbərdarlığı elan etmişdi. Ancaq hava düzəlib, gün çıxıb, dənizdə dalğa yoxdur.

Sevastopolun mərkəzində minlərlə adam Ukrayna və Rusiya donanmasının hərbi qüvvəsini seyr edir.

Rusiya və Ukrayna prezidentləri bayram münasibətilə şəhərə gəliblər. Onlar Xersonesdə Müqəddəs Vladimir kilsəsinin zəng qülləsinə xeyir-dua veriləndən sonra paradda iştirak edəcəklər.

AzNews.az