Polis ermənilərin aksiyasını dağıtdı - FOTO

Ermənistan polisi İrəvan meriyasının qarşısında keçirilən oturaq aksiyaya sərt müdaxilə edib.

Ermənistan mətbuatının yaydığı xəbərə görə, meriyanın qarşısında çadır qurmaq istəyən aksiyaçıların çadırları polis tərəfindən müsadirə olunub, bəzi aksiyaçılar isə saxlanılaraq bölməyə aparılıb.

Baş vermiş qalmaqal zamanı etirazçı qadınlardan biri polisin müdaxiləsi nəticəsində huşunu itirərək yıxılıb.

İrəvan polis idarəsinin rəis müavini Valeri Osipyan isə qaydaları pozanların saxlanılaraq nəzarətə götürülməsinin davam edəcəyini deyib.

Xatırladaq ki, artıq 1 həftəyə yaxındır ölkədə ictimai nəqliyyatın bahalaşmasına etiraz olaraq İrəvan meriyasının qarşısında oturaq aksiya keçirilir.//anspress//

AzNews.az
image description image description image description