Türkiyədə azan davası: qadınlar imamı didərgin saldılar

Məsciddən verilən azanın çox yüksək olduğunu iddia edən onadək qadın oraya gələrək imamla savaşıb.

Onlar 25 yaşlı imam Abdullah Eceni ikindi azanını çox yüksək səslə verdiyi və onları narahat etdiyi üçün hətta təhqir və təhdid də ediblər. İmam şikayəti eşidincə azanın səsini azaldıb, lakin qadınların sakitləşmədiklərini görən adamlar onları məsciddən çıxarıblar.

Hadisədən sonra çaşqın imam digər sakinlərlə birlikdə polisə gedib, şikayət edib. Sonra isə "dinimiz savaşı təqdir etmir" fikirləşərək şikayətini geri götürüb.

Orada olan Gündoğan məscidinin imamı Bahtiyar Eskici isə deyib ki, qadınlar onlar abdəst alarkən də onların üstünə hücum çəkərək söyüş söyüblər.

Qadınların "səbəb"i isə "evdə uşaq yatır", "səsdən başımız ağrıyır" olub.

Bu olaydan sonra Torba məscidinin imamı əşyalarını toplayaraq oranı tərk edib, sakinlərə isə deyib: "Bu saatdan sonra həyatım təhlükədədir. Gündoğana geri dönəcəm. Torba məscidi isə yeni imam gələnədək imamsız qalacaq". (milli.az)