Çeçenlərlə qazaxlar arasında kütləvi dava- Rusiyada

Rusiyanın Volqoqrad şəhərində çeçenlərlə qazaxlar arasında kütləvi dava düşüb.

Kütləvi davada ümumilikdə 100-dən artıq gənc iştirak edib. Davanın qarşısını alamaq məqsədi ilə əraziyə Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) cəlb olunub. Onlar kütləvi davanın qarşısını özlərinə məxsus şəkildə alıblar.

Rusiyanın polis rəsmilərinin açıqlamalarına görə, kütləvi davaya səbəb "VAZ" markalı avtomobili idarə edən bir qazaxlı gəncin təhlükəsizlik qaydalarına əməl etməyərək yolun kənarında park edən "Volkswagen Golf" markalı avtomobili arxadan vurması olub. Nəticədə "Volkswagen Golf" markalı avtomobili sahibi ilə "VAZ" markalı avtomobilin sürücüsü arasında dava düşüb. Dava sonda kütləvi davaya cevrilib. (anspress)

AzNews.az