Erməni baş redaktorun qətl əmri kiril əlifbası ilə yazılıb - İDDİA

Türkiyədə qətlə yetirilən erməni baş redaktor Hrant Dink cinayəti ilə bağlı yeni iddalar ortaya atılıb. Vəkil Fethiyə Çətin yeni kitabında eməni baş redaktorun öldürülməsi əmrinin MİT tərəfindən, həm də kiril əlifbası ilə yazıldığını bildirib.

Vəkilin sözlərinə görə, o, bu barədə məlumatı MİT-də çalışan Ramazan Dündardan alıb. "Utanç duyuyorum-Hrant Dink cinayetinin yargısı" (Utanıram- Hrant Dinkin cinayətinin məhkəməsi) adlı kitabında baş redaktorun öldürülməsi əmrinin kiril əlifbası ilə yazılmasına diqqəti çəkib: "16 mart 2010-cu ildə cib telefonuma gizli nömrədən zəng edən şəxs Dinkin cinayəti ilə bağlı əlində məlumatın olduğunu söylədi". Vəkil bildirib ki, ona təqdim edilən materiallara əsasən kiril əlifbası ilə tanış olub: "Kiril əlifbasının yuxarıdan aşağıya saydığımızda 23-cü yerdəki hərf H hərfidi. 18-in qrşısındakı hərf isə R hərfidir. Başqa rəqəmlərə də baxdığında Hrant adı ortaya çıxır".

Elnarə
AzNews.az