Sərnişin avtobusları toqquşdu; 43 ölü

Tehran-Qum maqistral yolunda iki sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində hər iki avtobusda yanğın baş verib, avtobuslarda olan sərnişinlərdən 43 nəfəri həlak olub, 36-sı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Məlumata əsasən, hadisə ötən axşam yerli vaxtla saat 22:55 radələrində baş verib. Belə ki, Tehrandan Kaşan şəhəri istiqamətinə gedən sərnişin avtobusunun təkəri partlayıb və avtobusun sürücüsü idarəetməni itirdiyi üçün yaxınlığda hərəkətdə olan digər avtobusla toqquşub və yanğın baş verib.

Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağırdır.

AzNews.az