Ermənistan Gömrük İttifaqına daxil olacaq

Ermənistan hökuməti sentyabrın 19-da keçirdiyi iclasda Gömrük İttifaqına daxil olmaq üçün zəruri tədbirlər proqramını təsdiq edib.

Proqramı təqdim edən iqtisadiyyat nazirinin müavini Karine Minasyan bildirib ki, Ermənistan və Rusiya prezidentlərinin göstərişinə əsasən, Yerevanın Gömrük İttifaqına daxil olması prosesi çərçivəsində hazırlıq işlərinin reallaşdırılması üçün müzakirəçilər qrupu formalaşdırılıb.

Onun sözlərinə görə, ümumilikdə 7 işçi qrupu yaradılacaq: "Tədbirlər proqramı Gömrük İttifaqının sənədlərinin Ermənistanın hüquq bazası və ölkənin imzaladığı beynəlxalq sazişlərlə uyğunlaşdırılmasını nəzərdə tutur.(trend)

AzNews.az