İranda 6 nəfər edam olundu

İranda 6 nəfər edam edilib.


APA-nın məlumatına görə, məhbuslardan 4-ü Əlborz vilayətində asılıb.

Onlardan yalnız birinin ad və soyadı, hansı ittihamla edam edildiyi məlumdur. Fərdin Məhəmmədi qətldə təqsirləndirilib və 5 ildir həbsxanada cəza çəkirmiş. Ancaq digər məhbusların ad və soyadını, həmçinin hansı ittihamla dara çəkildiyini dəqiqləşdirmək mümkün olmayıb.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra sentyabrın 18-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr həbsxanasının 3, 4, 6 və 7-ci bəndlərində icra edilib. Ancaq bununla bağlı İranı rəsmi kütləvi informasiya vasitələri və məhkəmə orqanları tərəfindən heç bir məlumat verilməyib.

Bundan əlavə, Mazandaran vilayətində də 2 nəfər edam edilib. Onlar qətldə təqsirləndirilərək asılıblar. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra məhbuslardan biri şəhərin Şəhid Şəhrudi meydanında əhalinin gözü qarşısında, digəri isə həbsxana daxilində edam edilib.

Hökm sentyabrın 19-da səhər saatlarında icra edilib.

AzNews.az