- Köhnə - Region
- 20 Sentyabr 2013 10:34
- 4 604
Rusiyanı hiddətləndirən NATO təlimi
"Steadfast Jazz" manevri işğal edilmiş NATO müttəfiqi olan bir dövlətin düşmən hərbi birliklərindən təmizlənməsi ssenarisidir. Manevrə Türkiyənin də qatılacağı bildirilir.
ABŞ-ın NATO-dakı hava qüvvələri komandiri general Filip Bredlove məsələni belə şərh edib: "Əgər NATO bir üzv dövləti müdafiə etmək üçün işə başlayarsa, buna hazırlıqlı olmalıdır".
Bredlove manevr ssenarisindəki rəmzi işğalçı dövlətin Rusiya olması ilə bağlı iddiaların doğru olmadığını da qeyd edib.
Hərbi təlimə ümumilikdə 6 min əsgər qatılacaq.
Elman
AzNews.az