Tunisli qızlar "seks cihadı"na cəlb edilir

Tunisin daxili işlər naziri Lütfü bin-Ceddo bildirib ki, tunisli gənc qızları "seks cihadı" adı altında 20, 30 və ya 100 nəfərlik "cihadçı yaraqlılara" "satılır", onların çoxu ölkəyə hamilə olaraq, dönürlər.

Bu haqda "əl-Ərəbiyyə" qəzeti xəbər dərc edib.

Mənbə xatırladıb ki,bu ilin aprelində Tunisini o vaxtkı müftisi Şeyx Osman Battıh bildirmişdi ki, tunisli qızlar aldadılaraq, "seks xidməti üçün" Suriyadakı yaraqlılara aparılıb. O, bunu "fahişəliyə sövq edilmə" adlandırmışdı.

Avqustda isə ictimai təhlükəsizlik xidmətinin başçısı Mustafa bin-Ömər ölkənin şərqində "əl-Qaidə"-yə bağlı olan bir qrupa məxsus "seks cihadı" mərkəzi aşkar edilərək, bağlandığını bildirmişdi.

Nazir vurğulayıb ki, bu ilin martından Tunis-Suriya arasında "cihadçı" adı ilə get-gəl edən 6 min nəfərin səyahəti yasaqlanıb, 86 nəfər isə tutulub: "Onlar gənclərimizə cəbhədə vəzifə verir, Suriya kəndlərinə basqınların, oradakı insanları yağmalamağın yollarını öyrədirlər".(lent.az)


AzNews.az