Erməni nazir işğal olunmuş ərazilərdə görüşlər keçirib


Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan oktyabrın 1-də erməni separatçılarının lideri Bako Saakyanla görüşüb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, Saakyanla Ohanyanın təkbətək görüşündən sonra geniş tərkibdə keçirilən tədbirdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ohanyan Qarabağdakı separatçı ordunun qurucularından biridir. 1999-cu ildən "DQR"in "müdafiə naziri" olub.

2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi postunu tutub. Müdafiə naziri postuna 2008-ci ildə təyinat alıb.

Elcan
AzNews.az