Arı hücumu: 42 ölü

Çinin şimalındakı Shaanxi əyalətində, nadir hallarda təsadüf edilən arı hücumunda yaralanan 1640 nəfərdən 42-i ölüb. Rəsmi "Xinhua" agentliyinin məlumatına görə, iyul ayından başlayan hücumdan sonra yaralananlar xəstəxanada müalicəyə göndərilib.

Hücumun daha tez-tez olduğu Ankang şəhərindəki meşə bürosunun mütəxəssisi Huang Rongyao bildirib ki, iki ay davam edən isti hava nəticəsində bitki örtüyündəki inkişaf eşşək arılarının sayını artırıb.
Şimal-qərb Əkinçilik Meşəçilik Universitetinin professoru Hua Baozhenun sözlərinə görə, hücumun əsas səbəbi ekoloji dəyişiklikdir.

Rəhim Qədirov
AzNews.az