Türkiyədə 12 şahidin siması dəyişdilirdi

Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən 12 şahidin siması dəyişdilirib.

Agentliyin məlumatına əsasən, bu addım şahidlərin təqib edilməmələri üçün atılıb.

Məlumatda o da qeyd olunur ki, hazırda Türkiyədə qüvvədə olan şahidlərin qorunması qanununa əsasən, 105 şahid, 168 şahid qohumları olmaqla ümumilikdə 273 nəfər var ki, onlar haqqında bütün məlumatlar gizli saxlanılır.

Məlumata əsasən, plastik əməliyyat vasitəsilə simaları dəyişdirilən bütün vətəndaşlara yeni pasportlar verilib.

Statistik məlumatlara görə, 2008-ci ildə 7, 2009-cu ildə 42, 2010-cu ildə 20, 2011-ci ildə 90, 2012- ci ildə 87, bu il isə ümumilikdə 27 nəfərin siması dəyişdirilib.(trend)

AzNews.az