Türk-Rus əlaqələrindən bəhs edən filmin yayımı dayandırılır

Rusiyada Türkiyənin məşhur seriallarından olan "Mühteşem Yüzyıl"a rəqib olması gözlənilən "Yasmin" ekranlardan yığışdırılır.

AzNews.az saytı Türkiyə mətbuatına əsasən bildiririr ki, Rusiyanın dövlət kanallarından olan "Perviy Kanal" belə qərara gəlib. Serialın yayımının dayandarılmasına səbəb isə, onun tamaşaçılar tərəfindən sevilməməsi olub.

Qeyd edək ki, "Yasmin" serialında Türk-Rus əlaqələrindən bəhs edilirdi.

Elcan
AzNews.az