- Köhnə - Region
- 12 Oktyabr 2013 07:34
- 1 979
Sarkisyanı söyən deputat polisə müraciət etdi
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Serj Sarksiyanı söymüş erməni deputat, "İrs" partiyasının fraksiya katibi Zarui Postancyan oktyabrın 11-də özünün və ailə üzvlərinin təhlükəsizliyinin qorunması üçün polisə müraciət edib.
Buna səbəb oktyabrın 10-da Ermənistan gənclər və idman nazirinin müavini Xaçik Asryanın "Yerkir.am" saytına verdiyi müsahibədə dediyi sözləri olub: "Zarui Postancyanı Janna d`Ark kimi yox, Ramil Səfərov kimi diri-diri tonqalda yandırmaq lazımdır".
Yada salaq ki, oktyabrın 2-də AŞPA-nın plenar iclasında Serj Sarksiyanın çıxışından sonra o demişdi: "Siz buraya erməni xalqının iradəsi ilə gəlməmisiniz. Buna görə də siz hüquqi baxımdan erməni xalqının iradəsini və hüquqlarını təmsil edə bilməzsiniz. Mən sizə başqa sual vermək istəyirəm. Siz Avropada olubsunuzmu və orada 70 milyon avro uduzubsunuzmu? Sizin üçün həmin məbləği kim ödədi?".(anspress)
AzNews.az