- Köhnə - Region
- 14 Oktyabr 2013 08:13
- 5 414
Jirinovski çağırış etdi
"Biryulovada baş verənlər bir daha göstərdi ki, diasporlarla lazımı səviyyədə iş yoxdur. Əcnəbi işçi qüvvəsindən imtina ilə bağlı 3 illik proqram lazımdır", deyə o, öz "Twitter" səhifəsində yazıb.
Deputat əmək miqrantların toplaşdığı yerlərdə yoxlama aparmağı və soyuq,odlu silah tapılan,hətta heç bir cinayət törətməmiş miqrantları ölkədən çıxarmağı təklif edib. O, həmçinin yeni "sərt qeydiyyat institutu" yaranmasının da tərəfdarı olduğunu gizlətməyib.
Xatırladaq ki, Biryulovada 25 yaşlı gənc sevgilisinin gözü qarşısında qeyri slavyan görünüşlü şəxs tərəfindən qətlə yetirilib. Bundan sonra rayon sakinləri küçələrə çıxaraq qətli törədənin tapılmasını tələb ediblər. Yüzlərlə milliyətçi və yerli sakin miqrantların çalışdığı ticarət mərkəzi, tərəvəz bazasına hücum edib. Polislə baş verən qarşıdurma nəticəsində 380 nəfər saxlanılıb.(anspress)
AzNews.az