Ermənistan ordusunun əsgəri intihar etdi

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz silahı ilə özünü vurub.

Həqiqi hərbi xidmətdə olan 18 yaşlı Ruben Davtyan odlu silahdan özünə atəş açıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. (apa)

AzNews.az