- Köhnə - Region
- 19 Oktyabr 2013 07:00
- 5 789
Moskvada 50 nəfərə yaxın azərbaycanlı saxlanıldı
Saxlanılan həmyerlilərimiz avtoservisdə çalışanlar olub. Bu gün axşam saatlarına yaxın OMON dəstələri avtoservisə gələrək orada çalışan bütün miqrantları avtobuslara yığıb polis idarəsinə aparıb. Hazırda polis bölməsində saxlanılan azərbaycanlıların müxtəlif cinayətlərdə iştirak edib-etməmələri və qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanılır.
Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov açıqlamasında Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdyi reydlərin ölkə qanunvericiliyinə uyğun olduğunu söyləyib: "Polisin işi reyd keçirməkdir. Bütün miqrantlar yoxlanılır. Sənədi yerində olmayanlar barəsində tədbir görülür. Sənədləri qaydasında olanlar isə azad olunur. Miqrantların hər hansı cinayətdə iştirak edib-etməmələri də yoxlanılır".
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraşı direktoru İlqar Hacıyev isə açıqlamasında bildirib ki, konqres paytaxtın Qərb dairəsində saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı ilə maraqlanıb: "Onlar Oçakovo-Matveyevski rayon Polis İdarəsinə aparılıb".
İ. Hacıyev saxlanılan Azərbaycan vətəndaşlarına ÜAK tərəfindən hərtərəfli hüquqi yardımın göstərildiyini söyləyib: "Yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı qaynar xətt vasitəsilə (24 saat ərzində) ÜAK-dakı qərargahdan zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilər". (apa)
AzNews.az