Ali lider 1241 məhbusu əfv etdi

İranın ali lideri Ayətullah Əli Xamneyi Qurban və Qədir-Xum bayramları münasibətilə həbsdə olan 1241 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1241 məhbusun əfv edilməsi xahiş olunur. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
Qeyd edək ki, oktyabrın 24-də Qədir-Xum bayramı qeyd olunur.(trend)

AzNews.az