İranın paytaxtını dəyişmək qərara alınıb

İran parlamentinin inkişaf məsələləri üzrə komitəsi ölkənin siyasi mərkəzinin hər hansı başqa şəhərə keçirilməsi mümkünlüyü ilə razılaşıb. Musavat.com-un İran.ru-ya istinadən verdiyi xəbər görə, komitə üzvü Əhsən Ələvi bu il yeni paytaxt üçün imkanları axtarışına başlanacaq.

Paytaxtın köçürülməsinə əsas səbəb kimi, Tehran əhalisinin sürətli artımı göstərilir. Məsələ ilə bağlı paytaxtdakı bir sıra dövlət idarə və müəssisələrinin başqa şəhərlərə köçürüləcəyi gözlənilir. Təşəbbüsün komitənin sabahkı iclasında hərtərəfli müzakirə olunacağı planlaşdırılır.

AzNews.az