- Köhnə - Region
- 23 Oktyabr 2013 16:59
- 6 072
Rus hərbi təyyarəsi Türkiyə sərhədlərini pozdu

Lent. az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Rusiyaya aid hərbi təyyarə Türkiyə-Bolqarıstan sərhədindən bu ölkənin hava ərazisinə daxil olub və Artvin əyaləti ətrafında uçuş edib.
Buna qarşılıq olaraq isə Türkiyənin iki "F-16" qırıcı təyyarəsi havaya qalxaraq, rus təyyarəsini ölkə sərhədlərindən çıxarana qədər təqib edib.
2 saatdan çox hava təqibi nəticəsində Rusiya təyyarəsi Türkiyə hava sərhədlərini tərk edib.
AzNews.az