Prokurorluq «Rus marşı»nın əsas təşkilatçısına xəbərdarlıq etdi

Rusiya Prokurorluğu noyabrın 4-də Moskva şəhərində keçirilməsi planlaşdırılan "Rus marşı"nın əsas təşkilatçısı olan "Ruslar" Birliyinin lideri Dmitri Dyomuşkinə xəbərdarlıq məktubu göndərib.

APA-nın məlumatına görə, baş prokurorluq orqanı paytaxtın Maryino rayonunda keçiriləcək "Rus marşı" mitinq-yürüşün əvvəlcədən planlaşdırılmış şərtlər çərçivəsində təşkil olunmasını tələb edir. Belə ki, Moskva hökuməti ilə razılaşdırıldığı kimi, Milli Birlik Gününə həsr olunan bu aksiyada 15 min nəfərədək insanın qatılacağı gözlənilir. Mövcud qanunvericiliyin və ictimai asayişin pozulmaması məqsədilə D.Dyomuşkina əvvəlcədən xəbərdarlıq edilib.

Ümumilikdə isə, noyabrın 4-də Moskva şəhəri ərazisində 10 müxtəlif tədbirin keçirilməsi planlaşdırılır ki, burada toplam olaraq təxminən 25 min nəfərin iştirak edəcəyi bildirilir.

AzNews.az