Rusiya XİN sözçüsü şərh verə bilmədi

Xəbər verdiyimiz kimi, Rusiyanın Ermənistandaki səfiri İvan Volikin parlamentdəki çıxışında Dağlıq Qarabağın bir subyekt kimi Gömrük İttifaqına daxil olmasını mümkün saydığı və bu məsələdə Rusiyanın təminatını vəd etdiyi ilə bağlı erməni mətbuatı məlumat yayıb.

Məsələ ilə bağlı Rusiyanın XİN-i ilə əlaqə saxladıq. Mətbuat Xidməti nümayəndəsi Nikolay Nikolayeviç Vinoqradov "Axar.az"a açıqlamasında bu açıqlama ilə bağlı hər hansı şərh verə bilməyəcəyini söylədi: "Əgər Ermənistan mətbuatı bu barədə məlumat yayırsa, onda bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volkinlə aydınlaşdırmaq lazımdır. Hesab edirəm ki, bu mövqeyi bildiribsə, deməli, o özü səbəblərini daha uyğun izah edə bilər".