Öcalan jurnalistlərlə görüşəcək


İmralıda həbsdə olan PKK lideri Abdullah Öcalanla nəzərdə tutulan görüşlə bağlı təəccüblü məlumatlar ortaya çıxıb. Məlum olub ki, jurnalistlər, qeyri-hökumət təşkilatları nümayəndələri və bir qrup tanınmış adamların da Öcalanla görüşməsinə imkan yaradılacaq.

AzNews.az Türkiyənin Hürriyyət qəzetinə istinadən xəbər verir ki, İmralıda Öcalanla dövlət rəsmiləri arasında baş tutan son görüşdə, PKK-nın tərksilah olunması mövzusunda əhəmiyyətli dərəcədə razılıq əldə olunduğu, təşkilatın bölgədən tamamilə çəkilməsini təmin edəcək addımların bir hissəsinin qısa müddətdə atılacağı iddia edilir.

Problemin aradan qaldırılması istiqamətində ilk işarə, HDP həmsədr müavini İstanbul Millət vəkili Sırrı Süreyya Öndərin yenidən İmralıya gedəcək heyətə salınması ilə verilib. Xəbərə görə, İmralıda əldə olunan razılaşmanın ən maraqlı tərəfi isə Ocalanın jurnalistlərlə görüş istəyinin də yaxın zamanda reallaşacağıdır .

Bu mövzuda iki görüş üzərində müzakirə edilib. Əvvəl iki qəzet yazarının Ocalanla görüşməsi gündəmə gəlib. Ancaq bu istək Öcalan və BDP heyəti tərəfindən qəbul edilməyib. Bunun ardınca içində köşə yazarları - Abdülkadir Selvi və Yıldıray Oğur olmaqla bütün qəzet redaktorlarının bir araya gəlinməsi fikri üzərində qalınıb.

Elman
AzNews.az