İran 5 atom bombası əldə edə bilər - İDDİA


İranla 5 +1 ölkələri arasında ötən həftə nəticəsiz qalan nüvə danışıqlarının bu gün Cenevrədə davam etməsi gözlənilərkən, İsrailin baş naziri Binyamin Netanyahu İranın beş atom bombasına çatacaq miqdarda az zənginləşdirilmiş urana sahib olduğunu açıqlayıb.

AzNews.az xəbər verir ki, Alman Bild qəzetinə danışan Netanyahu, Cenevrədə İranla razılaşmanın "tarixi bir səhv" olacağını qeyd edib.

"İranı uranın zənginləşdirmə istiqamətindəki fəaliyyətinə son verməyə zorlanmalı. Bu baş verməzsə, sanksiyalar artırılmalı. Tək variant pis bir razılaşma və ya döyüş deyil. Üçüncü variant olaraq təzyiqi artırmaq ən yaxşı yoldur " – deyə Netanyahu deyib. Baş nazir əlavə olaraq qeyd edib ki, müzakirə edilən layihə nüvə materialının yox edilməsini özündə ehtiva etmədiyi üçün qəbul edilə bilməzdir.

Elman
AzNews.az