Tacik qadınları ərlərinin deportasiya edilməsini istəyir

Tacik qadınlar ərlərinin Rusiyadan deportasiya edilməsini tələb edir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir qrup qadın miqrasiya xidmətinə ərlərinin, oğlanlarının, qardaşlarının Rusiyadan vətənə qaytarılmaları üçün müraciət edib. Rusiya Federal Miqrasiya Xidməti də onların qohumlarının deportasiya edilməsinə müvəffəq olur.

Müraciətin səbəbi budur ki, bəzi miqrantlar Rusiyaya gedərək öz ailələri ilə əlaqəni kəsirlər. Məsələn, Mohru Holova bildirib ki, onun əri Olim neçə ildir ki ona zəng etməyib: "Bildim ki, o orada evlənib. Buradakı uşaqlarına pul da göndərmir. Qoy onu deportasiya etsinlər! Bəlkə onda uşaqlarının yanına qayıdar".

"Hər ay bu cür 15 belə müraciət daxil olur", - deyə Tacikistan miqrasiya xidmətinin mətbuat xidməti bildirib.Takistan Miqrasiya Xidmətinin məlumatına görə, axir 10 ay ərzində 870 min Tacikistan vətəndaşı xaricə gedib ki, bunun da 730 mini kişidir.

AzNews.az