15 radikal islamçı tutuldu - Moskvada əməliyyat


Rus polisinin başladığı basqınlarda radikal islamçı qrupa mənsub 15 nəfərin həbs edildiyi bildirilir.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar Rusiyanın paytaxtı Moskva şəhərində aparılıb.

Əməliyyatlarda fəaliyyəti 2010-cu ildə qadağan olunmuş radikal İslamçı "Təkfir və Hicrət" qrupuna mənsub 15 silahlı şəxs həbs edilib.

Elman
AzNews.az