Müdafiə Nazirliyinə hücum - 20 ölü


Yəmənin paytaxtı Sanada Müdafiə Nazirliyinə kamikadzelər hücum edib.

AzNews.az xəbər verir ki, Yəmənin paytaxtı Sanada Müdafiə Nazirliyinə silahlı hücum edilib. Hücum zamanı baş verən silahlı qarşıdurmada ən az 20 nəfər ölüb, çox sayda insan da yaralanıb. Ölənlər arasında çoxlu sayda hücum edən silahlı qrup nümayəndələrinin də olduğu bildirilir.

Hökumət, baş verən hadisələrdə Əl-Qaidə və şimaldakı Huti üsyançılarını günahlandırır. Hələlik hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Elman
AzNews.az