Duma Jirinovskiyə qadağa qoydu

Rusiya Dövlət Dumasının etika komissiyası Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskiyə qeyri-səhih parlament ritorikasından istifadə etməyi qadağan edib.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, komissiya bununla siyasətçinin "Poedinok" televiziya proqramında Şimal Qafqaz haqqında dediklərinə reaksiya verib. Daha öncə Jirinovski Dumanın plenar iclasında bildirmişdi ki, onu düzgün başa düşməyiblər və həmin sözdərə görə üzr istəyir.

Məşhur bəyanatında Jirinovski bildirmişdi ki, Şimali Qafqazı tikanlı məftillə təcrid etmək və bölgə qadınlarına iki uşaqdan artıq doğmağa qadağa qoymaq lazımdır.



AzNews.az