Nazir 1,5 milyon dollar rüşvət alarkən görüntüləndi- VİDEO

Türkiyənin nazirlərindən biri 1,5 milyon dollar rüşvət alarkən görüntülənib.

AzNews.az xəbər verir ki, bu barədə "Kanal D" ana xəbər bülletenində məlumat yer alıb.

Məlumata görə, prokurorluq dünən 56 nəfərin saxlandığı əməliyyatla bağlı 4 nazir haqqında araşdırma aparır.

Rüşvət aldığı yerdə görüntülənən nazirin adı hələlik açıqlanmır. Həmin nazirə rüşvətin məhz R.Zərrab tərəfidən verildiyi iddia olunur. Nazirlə bağlı məlumatın hazırlanaraq Məlisə göndəriləcəyi vurğulanır.



Elnarə
AzNews.az