Nazir oğlunun yataq otağında pul sayan maşın - FOTO


Türkiyənin daxili işlər naziri Müəmmər Gülərin dekabrın 17-də polis tərəfindən keçirilən əməliyyatda saxlanılan oğlu Barış Gülərin evində külli miqdarda pul tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan axtarış zamanı nazir oğlunun yataq otağında, çarpayının üstündə pul sayan aparat aşkar edilib. Bundan başqa nazir oğlunun evində külli miqdarda pul tapılaraq götürülüb.

Elnarə
AzNews.az